Süd Vəzi İmplantları: Silikonlar Nə Qədər Təhlükəsizdir?

Süd Vəzi İmplantları: Silikonlar Nə Qədər Təhlükəsizdir?

Süd vəzi böyütmə əməliyyatları qadınlar arasında geniş yayılmış estetik cərrahi müdaxilələrdəndir. Süd vəzi böyütmə əməliyyatına qərar verərkən yalnız estetik nəticə deyil, implantların uzunmüddətli təhlükəsizliyi ola bilərmi? Ege Süd Vəzi Mərkəzi süd vəzi sağlamlığı və estetik əməliyyatlara bağlı düzgün məlumatlandırmanın əhəmiyyətini vurğulayır.


Süd Vəzi İmplantları Nədir?
Süd vəzi implantları süd vəzilərinin həcmini artırmaq, formasını dəyişdirmək və ya mastektomiyadan sonra süd vəzisini bərpa etmək üçün istifadə olunan tibbi vasitədir. Ən çox silikon gel və fizioloji məhlulla doldurulmuş implantlardan istifadə edilir.


Süd Vəzi İmplantları Ömürlükdürmü?
Xeyr. Süd vəzi implantları ömürlük tibbi vasitə hesab edilmir. Zamanla implantın zədələnməsi, kapsul kontrakturası, forma dəyişiklikləri və ya digər ağırlaşmalar yarana bilər. Bəzi hallarda implantın dəyişdirilməsi və ya çıxarılması tələb olunur.


İmplantı Olan Qadınlar Müayinədən Keçməlidirmi?
Bəli. Süd vəzi implantları profilaktik müayinələrə mane olmamalıdır. İmplantı olan qadınlarda yaşa və risk faktorlarına uyğun süd vəzi skrininqi davam etdirilməlidir. Silikon implantların bütövlüyünü qiymətləndirmək üçün isə müəyyən hallarda USM və ya MRT tövsiyə olunur. Ege Süd Vəzi Mərkəzi süd vəzi sağlamlığının qorunmasında müntəzəm tibbi nəzarətin və fərdi diaqnostik yanaşmanın əhəmiyyətini ön plana çıxarır.


Estetik Görünüşlə Yanaşı Sağlamlıq da Vacibdir
Süd vəzi böyütmə əməliyyatına qərar verərkən yalnız estetik nəticə deyil, implantların uzunmüddətli təhlükəsizliyi və mümkün ağırlaşmaları da nəzərə alınmalıdır.

Digər məqalələr